Türkiyə Müdafiə naziri ilə Böyük Britaniya Müdafiə naziri görüşdü | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Müdafiə naziri ilə Böyük Britaniya Müdafiə naziri görüşdü

16:12 - 06 / 10 / 2022
Türkiyə Müdafiə naziri ilə Böyük Britaniya Müdafiə naziri görüşdü

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Britaniyanın Müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə Londona səfər edib.

1news.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

Bildirilib ki, Hulusi Akarı qarşılamaq üçün fəxri qaravul dəstəsi düzülüb.

“Qarşılanma mərasiminin ardınca Hulusi Akar və ingiltərəli həmkarı təkbətək görüşüb, daha sonra heyətlərarası geniştərkibli görüş keçirilib. Görüşdə ikili və regional məsələlər müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə diqqət çəkilib”, - deyə qeyd edilib.

Aynurə Xudaverdiyeva

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər