Lavrov və Mirzoyan Astanada görüşdülər | 1news.az | Xəbərlər
Ermənistan

Lavrov və Mirzoyan Astanada görüşdülər

16:55 - 12 / 10 / 2022
Lavrov və Mirzoyan Astanada görüşdülər

Astanada Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında görüş keçirilib.

1news.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, nazirlər MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüblər.

Xatırladaq ki, Ermənistan XİN-in yaydığı məlumata görə, oktyabrın 14-ü Astanada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri - Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrovun görüşü olacaq.

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər