“Ukraynada nümayiş etdirməyə çalışdığımız budur”
ABŞ Ukraynada Rusiyaya əks çıxır.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Kaliforniyadakı Stenford Universitetində çıxışı zamanı deyib.Onun sözlərinə görə, ABŞ Rusiyaya qarşı olmalıdır əks halda Pandora qutusu açılacaq ki, bu da dünyanın digər yerlərində yeni münaqişələrə səbəb ola bilər.
Onun fikrincə, əgər ABŞ indi Ukraynanı dəstəkləməkdən imtina edərsə, o zaman Pandora qutusunun açılması riski var.
O vurğulayıb ki, dövlətlərin ərazi bütövlüyünə hörmət edilməli, onların sərhədləri zorla dəyişdirilməməlidir.
“Ukraynada nümayiş etdirməyə çalışdığımız budur”, - deyə Blinken bildirib.
Blinkenin sözlərinə görə, ABŞ Ukraynada Rusiya Federasiyasına qarşı çıxır ki, yeni münaqişələr olmasın.