Stoltenberq Finlandiya və İsveç Baş nazirləri ilə danışdı | 1news.az | Xəbərlər
Dünya

Stoltenberq Finlandiya və İsveç Baş nazirləri ilə danışdı

13:34 - 01 / 11 / 2022
Stoltenberq Finlandiya və İsveç Baş nazirləri ilə danışdı

NATO Baş katibi Yens Stoltenberq Finlandiya və İsveç Baş nazirləri ilə telefon əlaqəsi saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Baş katib tvitterdə bildirib.

“Bu vacib zamanda Finlandiya Baş naziri Sanna Marin və İsveç Baş naziri Ulf Kristerssonla yaxşı söhbətimiz oldu. NATO-ya namizəd ölkələr Finlandiya və İsveç sübut etdi ki, hər bir ölkənin öz yolunu seçmək hüququ var. Rusiya digər ölkələrin hüquqlarına hörmət etməli və Ukraynadakı işğalçılıq müharibəsini dayandırmalıdır”, - Stoltenberq deyib.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər