Türkiyədə zəlzələdə 1 121 nəfər həyatını itirib, 7 634 nəfər yaralanıb - YENİLƏNİB 1 - FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə zəlzələdə 1 121 nəfər həyatını itirib, 7 634 nəfər yaralanıb - YENİLƏNİB 1 - FOTO

Qafar Ağayev17:43 - 06 / 02 / 2023
Türkiyədə zəlzələdə 1 121 nəfər həyatını itirib, 7 634 nəfər yaralanıb - YENİLƏNİB 1 - FOTO

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

1news.az xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1 121-ə yüksəldiyi, 7 634 nəfərin yaralandığı açıqlanıb.

2 834 bina dağılıb.

***

12:46

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 284 nəfəri keçib

1news.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O, bildirib ki, hazırkı məlumata görə, baş verən zəlzələ nəticəsində 2 min 323 yaralı var, ümumilikdə 1710 binanın uçduğunu və ya zədələndiyini bildirib.

***

Saat 09:06

Türkiyədə bəzi ərazilərində baş verən zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib.

1news.az xəbər verir ki, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.

Hadisə nəticəsində 440 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Paylaş:
1058

Son xəbərlər

Bütün xəbərlər