Hikmət Hacıyev: “COP29-la bağlı edilən boykot çağırışların əksinə, iştirak edənlərin sayı çoxdur” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “COP29-la bağlı edilən boykot çağırışların əksinə, iştirak edənlərin sayı çoxdur”

Qafar Ağayev10:13 - 12 / 11 / 2024
Hikmət Hacıyev: “COP29-la bağlı edilən boykot çağırışların əksinə, iştirak edənlərin sayı çoxdur”

“COP29-la bağlı edilən boykot çağırışların əksinə, tədbirdə iştirak edən nümayəndələrin sayı çoxdur”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, bu ilki COP29-da 70 mindən çox xarici və yerli nümayəndə qeydiyyatdan keçib və bunların əksəriyyətini – 60 mindən çoxunu xarici iştirakçılar təşkil edir.

H. Hacıyev, bəzi təşkilatların bu tədbiri boykot etməklə bağlı çağırışlarının, faktiki vəziyyətlə uyğun olmadığını vurğulayıb.

O, həmçinin, COP29-un beynəlxalq media tərəfindən geniş işıqlandırıldığını və tədbirə 3 mindən çox xarici jurnalistin akkreditasiyasının verildiyini bildirib.

Paylaş:
271

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər