Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir” | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir”

Qafar Ağayev16:10 - 14 / 11 / 2024
Muxtar Babayev: “Azərbaycan buzlaqların mühafizəsi və su ehtiyatlarının davamlı idarəsinə sadiqliyini bəyan edir”

Azərbaycan regional tərəfdaşlarla birlikdə buzlaqların qorunması və su ehtiyatlarının davamlı idarə olunmasına sadiqliyini bir daha təsdiqləyir.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Mərkəzi və Qərbi Asiyada buzlaqların əriməsinin qarşısını almaq üçün iqlim dəyişikliyi və regional əməkdaşlıq" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Böyük Qafqazdan kənd təsərrüfatı düzənliklərinə qədər genişlənən region buzlaqların əriməsi nəticəsində yaranan su qıtlığı və səhralaşma riskləri ilə üzləşir. Bu proses kənd təsərrüfatına və ekosistemlərə mənfi təsir göstərir.

M.Babayev vurğulayıb ki, su ehtiyatlarının idarəsi prioritet məsələ kimi qəbul edilməli, transsərhəd əməkdaşlıq və ekoloji cəhətdən təmiz infrastrukturun qurulması istiqamətində addımlar atılmalıdır.

O qeyd edib ki, Azərbaycan "Buzlaqlardan təsərrüfatlara" (G2F) proqramını dəstəkləyir və uyğunlaşma tədbirlərini əsas sektorlara inteqrasiya edən Milli Uyğunlaşma Planı hazırlanıb. Babayev, COP29-un iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli platforma olduğunu və su idarəçiliyinə, iqlimə davamlı infrastruktura üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər