Heydər Əliyevin anım günü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyevin anım günü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Qafar Ağayev10:11 - 11 / 12 / 2024
Heydər Əliyevin anım günü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində qeyd olunub.

Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması Ulu Öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Paylaş:
610

Son xəbərlər

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO11 / 12 / 2024, 17:59Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib11 / 12 / 2024, 17:42Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər11 / 12 / 2024, 17:35Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb11 / 12 / 2024, 17:25Göyçayda ev yanıb11 / 12 / 2024, 17:18Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?11 / 12 / 2024, 16:56“Ulu Öndər bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoyub” - Nigar Məmmədova11 / 12 / 2024, 16:55Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə - FOTO - YENİLƏNİB11 / 12 / 2024, 16:49Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11 / 12 / 2024, 16:35Deputat: “Heydər Əliyevin onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”11 / 12 / 2024, 16:14Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblər11 / 12 / 2024, 16:08Lionel Messi: “Bakı, səmimi qarşılanmaya görə çox sağ ol” - VİDEO11 / 12 / 2024, 15:49Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi11 / 12 / 2024, 15:34“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib - FOTO11 / 12 / 2024, 15:30ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!11 / 12 / 2024, 15:27Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır11 / 12 / 2024, 15:06Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib11 / 12 / 2024, 14:55Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub11 / 12 / 2024, 14:33Binəqədidə 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb11 / 12 / 2024, 14:15Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib11 / 12 / 2024, 13:54
Bütün xəbərlər