Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib

Qafar Ağayev17:32 - 21 / 01 / 2025
Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən 1news.az-a verilən xəbərə görə, Əli Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.

Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər