Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib - VİDEO - YENİLƏNİB

Qafar Ağayev11:49 - 28 / 05 / 2025
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib - VİDEO - YENİLƏNİB

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

***

11:31

Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər.

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər