ABŞ-də on minlərlə insan təxliyə edilir - SƏBƏB
ABŞ-nin Nevada ştatının Reno şəhəri yaxınlığında başlayan meşə yanğını sürətlə yayılır.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, alovlar nəticəsində təxminən 61 min hektar ərazi yanıb, 42 min sakinə ərazini dərhal tərk etmək, 45 min nəfərə isə təxliyəyə hazır olmaq çağırışı edilib.
Yanğın nəticəsində azı 6 nəfər yaralanıb, bir sıra tikililərə ziyan dəyib. Vaşo dairəsində təxminən 10 min ev və iş yerinin elektrik enerjisiz qaldığı bildirilir.
Yanğının söndürülməsinə 800 nəfər cəlb olunub. Lakin güclü və istiqamətini tez-tez dəyişən külək işləri çətinləşdirir.
Nevada qubernatoru Co Lombardo Vaşo dairəsində fövqəladə vəziyyət elan edib və yanğınla mübarizəyə Milli Qvardiyanın bölmələrini cəlb edib.
56












