ABŞ: İranla bağlı “son mərhələyə” daxil oluruq | 1news.az | Xəbərlər
Dünya

ABŞ: İranla bağlı “son mərhələyə” daxil oluruq

Oksana Orucova12:55 - Bu gün
ABŞ: İranla bağlı “son mərhələyə” daxil oluruq

ABŞ-nin maliyyə naziri Skott Bessent ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibədə “son mərhələyə” daxil olduqlarını bildirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Bessent sosial media hesabında İranla bağlı açıqlama yayıb.

O, ABŞ Prezidenti Donald Trampın İranın hərbi potensialını, hərbi zavodlarının demək olar ki, hamısını və nüvə proqramını “məhv etdiyini” iddia edib.

“İndi son mərhələyə daxil oluruq. Sübh çağı indiyədək hər hansı düşmənə qarşı həyata keçirilmiş ən böyük maliyyə hücumu başlayacaq”, -deyə Bessent bildirib.

ABŞ rəsmisi İranın mövcudluğunu “xərac tələb etməyi təhlükəsizlik zəmanəti kimi təqdim etməklə” davam etdirdiyini iddia edib. Onun sözlərinə görə, Tehran ABŞ-nin sanksiyalarını müzakirə edilə bilən məsələ, mümkün cavab zərbəsini isə qaçılmaz hesab edib.

Bessent vurğulayıb ki, Tramp administrasiyası dövründə bu yanaşma dəyişib. O, Vaşinqtonun məqsədinin “Tehran təcrid olunana qədər İran rejimini ayaqda saxlayan bütün iqtisadi dayaqları kəsmək” olduğunu bildirib.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər