Macarıstanda hərbi təyyarə qəzaya uğradı | 1news.az | Xəbərlər
Dünya

Macarıstanda hərbi təyyarə qəzaya uğradı

Oksana Orucova14:25 - 24 / 08 / 2026
Macarıstanda hərbi təyyarə qəzaya uğradı

Macarıstan ordusuna məxsus “Gripen” tipli qırıcı təyyarə Solnok şəhəri yaxınlığında qəzaya uğrayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Macarıstan Baş naziri Peter Maqyar bildirib ki, qəzanın səbəbi hələlik məlum deyil. Təyyarənin pilotu katapult sistemi vasitəsilə xilas ola bilib.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb. Müdafiə naziri Romulus Rusin-Sendi hadisə yerinə gedib.

Baş nazirin sözlərinə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb və mülki infrastruktura ziyan dəyməyib.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər