Finlandiya İsraillə müdafiə sazişini gizli şəkildə 10 il uzadıb
Finlandiyanın İsraillə müdafiə əməkdaşlığı sazişini 2024-cü ildə ictimaiyyətə açıqlamadan daha 10 il müddətinə uzatdığı məlum olub.
1news.az xarici mediaya istinadən xəbər verir ki, YLE-nin məlumatına görə, Finlandiya İsraillə müdafiə əməkdaşlığı sazişinin uzadılmasını təklif edib və razılaşma 2034-cü ilə qədər uzadılıb. Saziş müdafiə sahəsində araşdırma və inkişaf, hərbi texnikanın tədarükü və müdafiə sənayesi üzrə əməkdaşlığı əhatə edir.
Qərarın Qəzzada müharibənin davam etdiyi bir vaxtda gizli şəkildə qəbul edilməsi Finlandiya müxalifətinin sərt reaksiyasına səbəb olub.
Yaşıllar Partiyasının sədri Sofiya Virta hökumətin qərarını “tarixi rüsvayçılıq” adlandırıb.
Finlandiyanın müdafiə naziri Antti Hakkanen isə İsraillə müdafiə əməkdaşlığının uzadılmasının normal prosedur olduğunu bildirib.












