Tanzaniyada təyyarə havaya qalxarkən zebrə çırpılıb
Tanzaniyanın Serengeti Milli Parkından havaya qalxan safari təyyarəsi uçuş zamanı zebraya çırpılıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra eniş şassisində yaranan nasazlıq səbəbindən təyyarə Kilimancaro Beynəlxalq Hava Limanına gövdəsi üzərində məcburi eniş edib.
Sindbard Air şirkətinə məxsus Embraer EMB-120 Brasilia tipli təyyarədə 26 sərnişin və 4 ekipaj üzvü olub. Onların hamısı hadisədən xəsarətsiz xilas olub. Zebra isə tələf olub.
Tanzaniyanın Təyyarə Qəzalarını Araşdırma Bölməsi hadisə ilə bağlı araşdırmaya başlayıb.
55












