Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: Ölənlər var

Oksana Orucova12:44 - Bu gün
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: Ölənlər var

Misir-Sudan sərhədində yerləşən qızıl mədəninə hava zərbəsi endirildiyi, nəticədə 72 şaxtaçının öldüyü iddia olunur.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Sudan mərkəzli “Fövqəladə Vəziyyət Hüquqşünasları” təşkilatının məlumatına görə, hücumun Misir Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilir.

Sudan Həkimlər Şəbəkəsi də bölgəyə hava zərbəsi endirildiyini və çoxsaylı insanın həyatını itirdiyini açıqlayıb. Lakin hücumun məsuliyyəti hələlik heç bir tərəf tərəfindən üzərinə götürülməyib. Misir rəsmiləri də hadisə ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında davam edən silahlı qarşıdurma fonunda qızıl ölkənin əsas gəlir mənbələrindən birinə çevrilib. Ekspertlər hasil edilən qızılın böyük hissəsinin qaçaq yollarla Misirə keçirildiyini iddia edirlər.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər