“Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib” – Minnətdarlıq məktubları

12:01 - 03 / 07 / 2020
“Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Murad Əzimzadədən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti elan etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı.

Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sistemində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalması ilə əlaqədar yarana biləcək digər problem bir qrup insanın sosial rifahı ilə bağlı idi. Lakin bu problemi də tez bir zamanda həll etdiniz. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş verdiniz. Bundan əlavə, Sizin təşəbbüsünüzlə başladılmış yardım kampaniyasına ölkənin hər yerindən iş adamları da qoşularaq insanlara bu çətin vəziyyətdə dəstək oldular. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir.

Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük. Güclü Azərbaycanın layiqli Lideri, Allah Sizi və ailənizi qorusun”.

Fərhad Qəfərovdan, Biləsuvar, Azərbaycan

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının dünyanı bürüdüyü, iqtisadiyyatları, sosial sahələri iflic hala saldığı bir zamanda Siz Azərbaycan iqtisadiyyatının inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət ayırırsınız. Bu il iyunun 22-də imzaladığınız sərəncamla Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən 455 min manat vəsait ayrılması rayonun ziyalıları və əmək adamları tərəfindən yüksək dəyərləndirilir.

Bu çətin günlərdə rayonumuza ayırdığınız diqqət və qayğıya görə Sizə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. İnanırıq ki, müstəqil Azərbaycanımız Sizin rəhbərliyinizlə daha yüksək zirvələrə qalxacaqdır”.

Əbil Zeynalovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakınız zamanı "mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir” deməyiniz, Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında olmasını vurğulamağınız biz məcburi köçkünləri, eləcə də müharibə veteranlarını rəhbərliyinizlə yeni qələbələrə ruhlandırır. Bütün Azərbaycan xalqı ilə yanaşı, biz məcburi köçkünlər, eləcə də müharibə veteranları üçün xüsusi önəm daşıyan ordu quruculuğu məsələsində əldə etdiyiniz nailiyyətlər bizi Sizin ətrafınızda daha sıx birləşdirmişdir. COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir dövrdə hər bir Azərbaycan vətəndaşının sağlamlığının, ordu quruculuğunun, eləcə də Azərbaycan respublikasının ərazi bütövlüyünün təmin olunması məsələsinə xüsusi önəm verdiyinizə görə biz "Qobu Park 1" və "Qobu Park 2” yaşayış komplekslərində məskunlaşmış məcburi köçkünlər və müharibə veteranları Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə böyük uğurlar arzu edirik”.

Əli Əhmədovdan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin yüksək siyasi biliyiniz, dünyagörüşünüz, sağlam düşüncəniz və uzaqgörən qabaqlayıcı qərarlarınız sayəsində bu gün bütün dünyanı öz pəncəsinə alan COVID-19 virusu ilə mübarizədə ölkəmiz ən az zərər görən ölkələr sırasındadır. Xalqımıza göstərdiyiniz bu qayğı bütün insanlar tərəfindən rəğbətlə qarşılanır və Sizə öz dərin minnətdarlıqlarını bildirirlər. Ağcabədi gəncləri olaraq Sizə inamımız sonsuzdur. Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib.

Bu ayın 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammitdə səsləndirdiyiniz inkaredilməz tarixi faktlar beynəlxalq aləmdə və dövlət idarəçiliyində uğurlu bir siyasətçi olduğunuzu bir daha sübut etdi. Paşinyan beynəlxalq səviyyəli tədbirdə Sizin tarixi həqiqətə əsaslanan tutarlı faktlarınız qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Biz Sizə inanırıq, cənab Ali Baş Komandan. İnanırıq ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı Sizin rəhbərliyinizlə düşmən tapdağından azad edəcəyik. Bütün Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Uca Tanrı Sizi, ailənizi və Azərbaycanımızı qorusun”.

Ramiz Ağayevdən, Siyəzən, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bir danılmaz faktdır ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq respublikamız sürətlə inkişaf etmiş, keçmiş sovetlər birliyində sonuncu sıralardan öncül yerlərə yüksəlmişdir. O, həmişə gənclərin qayğıkeş Lideri, mənəvi atası olmuşdur. Gənclərin iri şəhərlərdə yerləşən yaxşı ali təhsil məktəblərində təhsil alması üçün əlindən gələni əsirgəməmiş, onlara himayədarlıq etmişdir. Şəxsən mənim də həyatımın düzgün formalaşmasında böyük rolu olmuşdur. Buna görə də Ulu Öndərə həmişə minnətdar olmuşam.

Cənab Prezident, mən həm də ona görə fəxr edirəm ki, Ümummilli Liderimiz Sizin kimi mərd, savadlı, xalqını sevən, dünya siyasətçiləri arasında sayılıb-seçilən, ən mötəbər tribunalardan öz sözünü deyən, Azərbaycanın haqq səsini çatdıran, böyük rəğbət qazanan bir oğul qoyub gedib.

Mənim 69 yaşım olduğu üçün karantin düvründə evdən çıxa bilmirdim. Heydər babanın vaxtilə verdiyi pay torpağımda becərdiyim taxıl yerli qurumların köməyi ilə biçilib həyətimizə göndərildi. Fəxarət hissindən qəlbimiz dağa döndü, gözlərim yaşardı. Bu, Sizin məmurlar qarşısında qoyduğunuz tələblərin, vətəndaşlara xidmət göstərilməsi ilə bağlı tapşırıqlarınızın nəticəsidir, cənab Prezident. Biz Sizinlə fəxr edirik. Ulu Tanrıdan Sizə və bütün ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayıram”.

Emin Mirzəyevdən, Salyan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Ölkəmizdə həyata keçirdiyiniz çoxşaxəli siyasətiniz sayəsində Azərbaycan uğurlu inkişaf yolundadır və dünya ölkələri sırasında ön yerlərdədir. Bu, bir Azərbaycan vətəndaşı kimi məni qürurlandırır. Kənd təsərrüfatı sahəsində çalışan bir insan kimi Sizin bu sahənin inkişafına göstərdiyiniz diqqət və qayğını minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm. Bu qayğı sayəsində fermerlər çoxsaylı güzəştlərlə əhatə olunurlar. Kənd təsərrüfatı sahəsinin vergilərdən azad olunması, gübrələrin və texnikaların fermerlərə güzəştli şərtlərlə verilməsi sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlıq yüksək həddə çatıb.

Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində biz kəndlilər torpaq sahibi olmuşuq. Ulu Öndər hər bir kənd sakininə pay torpağı verdi. Bunun hesabına kəndlilər öz məşğulluğunu təmin etdi, onların maddi rifah halı yaxşılaşdı. Bu gün də fermerlər öz torpaq sahələrində həvəslə çalışır və güzəranlarını təmin edirlər.

Əziz Prezidentimiz, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə uğurlu fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”. 

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
564

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər