1news.az

Türkmənistanda koronavirus “qadağan olunub”, lakin həkimlər həyəcan təbili çalır – FOTO

26 İyun saat 14:50 ~ 6 dəqiqəlik oxu 21880
Türkmənistanda koronavirus “qadağan olunub”, lakin həkimlər həyəcan təbili çalır – FOTO

Türkmənistanda iyun ayının əvvəlindən etibarən COVID-19-a xarakterik simptomlarla davam edən kəskin pnevmoniyanın yayılması müşahidə edilir.

“Azadlıq Radiosu”nun Türkmənistan bürosundan verilən məlumata görə, bir neçə paytaxt və regional xəstəxanalar karantinə bağlanıb, həmçinin ölüm faktı da qeydə alınıb.

Lakin rəsmi olaraq, Türkmənistan hökuməti bütün dünyanı əhatə edən koronavirus infeksiyası ilə yoluxma hadisəsini təsdiqləmir. Türkmənistandan əlavə, yalnız Şimali Koreya və Sakit okean adasının bir sıra ölkələr epidemiya olmadığını bəyan edir.

Lakin virusa yoluxmuş insanların real sayı günbəgün artır, həkimlər həyəcan təbili çalır. Adının açıqlanmaması şərti ilə bir neçə həkim “Azadlıq Radiosu”nun Türkmənistan bürosuna bildirib ki, ölkədə yoluxma sayına görə “vəziyyət nəzarətdən çıxıb”.

“Azadlıq Radiosu”nun Türkmənistan bürosu ölkənin Səhiyyə və Tibb Sənayesi Nazirliyinə zəng etməyi bacarıb. Nazirlik rəsmisi cavab verdi: "Rəsmi olaraq bizdə koronavirus yoxdur" - Aydınlaşdırma sualına:

"Bəs qeyri-rəsmi olaraq?"

"Sizə belə məlumat verə bilmərik" – deyə nazirlikdə bildirilib.

Məlum yoluxma halları

Keçən həftə, paytaxtın yaxınlığında yerləşən Çoğanlıdakı yoluxucu xəstəliklər xəstəxanasında virusa yoluxduğu iddia edilən Aşqabadın səhiyyə nümayəndələrinin adının açıqlanmasını istəməyən iki həkim öldü.

“Azadlıq Radiosu”nun məlumatına görə, 18 və 19 iyun tarixlərində COVID-19 şübhəsi ilə bir neçə şəxsin Lebap bölgəsindəki mərkəzi regional xəstəxanaya yerləşdirilib. Onların arasında bir həkim var.

Lebap bölgəsindəki digər bir mənbə, iyunun 8-də tibb bacısının koronavirus testinin müsbət nəticəsini göstərdikdən sonra xəstəxanaya karantina alındığını bildirib.

Fotoda: Çoğanlıdakı xəstəxana

“Azadlıq Radiosu” Avropada yerləşən Turkmen.news nəşrinə istinadla xəbər verir ki, qeyri-müəyyən sayda insan, o cümlədən həkimlər və tibb bacıları Aşqabadın Qaudan mikrorayonundakı 9 saylı klinikda koronavirus aşkar edilib.

İyunun 19-da paytaxtdakı bir neçə tibb müəssisəsi karantinə alınıb. Bunların arasında Perinatal Mərkəz də var.

Türkmənistanın Özbəkistanla şimal sərhəddində yerləşən Daşoğuz bölgəsində, Saparmurat Türkmənbaşı bölgəsindəki karantin müəssisəsində, COVID-19-dan 8 nəfərin öldüyü iddia edilir.

Bu, hələ tam siyahı deyil. Bununla yanaşı, “Azadlıq Radiosu”nun Türkmənistan bürosu ölkənin qapalı informasiya sahəsini nəzərə alaraq hər bir məlumatı yoxlamaq mümkün olmadığını bildirir.

Həkimlər nə söyləyir?

Çoğanlı xəstəxanasının işçiləri iddia edirlər ki, bu müəssisədə koronavirus infeksiyası ilk dəfə fevralın sonunda, iki xəstə "ciddi təcriddə" müalicə edildikdə qeydə alınıb.

O vaxt bəzi xəstəxana işçiləri “Azadlıq Radiosu”nun Türkmənistandakı bürosu ilə bu iki xəstə ilə əlaqəli gizlilik haqqında danışıblar və tibb işçilərinin əksəriyyətinə bu barədə məlumat verilmədiyini bildiriblər.

Hökumət tez bir zamanda koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər gördü, qəzet yazır. Sərhədlər bağlandı, insanlara adı məlum olmayan tənəffüs xəstəlikləri mövzusunda ayıq olmağa çağıran broşuralar payladı, ictimai binalar və avtobus dayanacaqlarında mütəmadi olaraq dezinfeksiya işləri başladı.

Bununla belə, hətta "koronavirus" sözünün işlədilməsi, prezident Qurbanqulu Berdimuhamedov ilk dəfə koronavirus pandemiyasının Türkmənistan iqtisadiyyatına təsirinin minimuma endirilməsi barədə açıq danışdığı vaxta qədər, 3 aprel tarixinə qədər tabu olaraq qaldı.

Fotoda: Yoluxucu xəstəliklərin diaqnozu və müalicəsi mərkəzi, Aşqabad. Mənbə: RFE/RL

Bununla yanaşı, Türkmənistanda koronavirus barəsində bir kəlmə də danışılmadığı halda, ölkənin bir çox şəhərindəki ictimai sektor işçilərinə izahat vermədən fiziki müayinədən keçmək əmri verildi. Bütün prosedurlar hər kəsin öz hesabına edilir, “Azadlıq Radiosu” yazır.

Aşqabadın tibb müəssisələri ziyarətçilərə kəskin sətəlcəm simptomlarını aşkar etmək üçün lazımi tədbirlər barədə elanlar yerləşdirdi. Nəşrin müxbirlərinin bildirdiyinə görə, son günlərdə regional səhiyyə rəsmiləri koronavirusun yoluxma təhlükəsi barədə əhalini məlumatlandırmaq üçün tədbirlər həyata keçirməyə başladılar.

Amerika Səfirliyi “saxtakarlıqla” günahlandırıldı

İyunun 23-də ABŞ-ın Türkmənistandakı Səfirliyi öz saytında ABŞ-ın bu ölkədəki vətəndaşlarına koronavirus infeksiyasının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görülməsinə dair xəbərdarlıq etdi. Türkmənistanın bir neçə şəhərindəki Amerika guşələri, həmçinin Aşqabad Amerika Mərkəzi bir müddət əvvəl bağlandı.

Türkmənistan Xarici İşlər Nazirliyi bu məlumatı ölkədə koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər barədə məlumatların təhrifi kimi qiymətləndirdi. Xarici İşlər Nazirliyi Amerika Səfirliyinin "Media üçün" səsləndirdiyi məlumatları "saxta", "qərəzli" və "əlçatmaz" məlumatlar kimi adlandırdı.

"Berdımuhammedov virusla deyil, amerikalılarla mübarizə aparır” – “Nezavisimoya Gazeta”nın 24 iyun buraxılışında belə bir məqalə dərc edildi. Nəşr Beynəlxalq Tədqiqatlar İnstitutunun (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) baş elmi işçisi Andrey Kazantsevin Türkmənistan rəhbərliyinin öz ərazisində koronavirusu inkar etməsinin əsas səbəbi – ilk növbədə, özünü tibb sahəsində əsl mütəxəssis vəzifəsinə təyin edən ölkə prezidentinin fiquru ilə əlaqəli olduğundan irəli gəlir.

“Qurbanqulu Berdiməhəmmədov həqiqətən tibb elmləri doktorudur və yaxşı diş həkimidir. Onun hakimiyyəti dövründə çox yaxşı səhiyyə sistemi yaradıldığına inanılır. Buna görə səhiyyə sahəsində hər hansı bir böhranın tanınması avtomatik olaraq Türkmənistana və prezidentin nüfuzuna xələl gətirəcəkdir. Görünür, ölkə rəhbərliyi belə düşünür” – Kazantsev deyir.

Fotoda: 1 İyun Uşaqlar Günü mərasimi (Türkmənistanda kütləvi tədbirlər ləğv edilməyib)

Eyni zamanda, iki həftə əvvəl Rusiyanın Türkmənistandakı səfiri Aleksandr Bloxin, Türkmənistanın rəsmi məlumatlarına etibar etdiyini söylədi. “Dediklərindən asılı olmayaraq, rəsmi rəqəmlərə görə, Türkmənistanda koronavirus yoxdur və biz bunu dolayı göstəricilərə görə görürük”.

Ümid var

“Azadlıq Radiosu” Türkmənistan hökumətinə yaxın mənbələrə əsaslanaraq, hakimiyyətin yaxın vaxtlarda ölkədə COVID-19 olacağını elan etməyi planlaşdırdıqlarını iddia edir. Mənbənin bildirdiyinə görə, iyunun 22-də Səhiyyə Nazirliyindəki iclaslarda 70 nəfər virusa yoluxub.

Bundan əlavə, müxbirlər və nəşrin mənbələri hökumətin bir sıra məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını bildirirlər. Ehtimal edilir ki, hökumət tərəfindən iyulun 1-dən sonra koronavirusun ilk hallarını elan etdikdən sonra məhdudiyyətlərin başlayacağı gözlənilir.

Rəsmi məlumata görə, aprel ayından bəri ölkəyə daxil olmağa çalışan ÜST-ün COVID-19 missiyasının iyulun əvvəlində Türkmənistanda səfəri olacaq.

Mövzu ilə əlaqədar oxuyun:

COVID-19 geri çəkilmir: Postsovet regionu ölkələri yeni məhdudiyyətlər dalğasına hazırlaşır – FOTO – VİDEO

Dünyada COVID-19-la bağlı növbəti həyəcan siqnalı: yumşaltmalar yeni yoluxmalara səbəb oldu

Yenidən qadağa: hansı ölkələr yumşaldılma tədbirlərindən sonra sərt karantin rejiminə qayıdır? – FOTO

Koronavirus Qazaxıstanı yenidən bürüyüb: gün ərzində rekord sayda ölüm, yüzlərlə yeni xəstə – FOTO – VİDEO

Məqalə Azadlıq Radiosu”nun Türkmənistan bürosu, “Nezavisimoya Qazeta” və “Türkmənistan Xronikası”nın məlumatları əsasında yazılıb.

Tərcümə: S.Xankişiyeva

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net