1news.az

ÜST-nın Baş direktoru: Koronavirusa yoluxanların sayı 1 milyonu ötəcək

1 Aprel saat 22:55 bir dəqiqəlik oxu 354
ÜST-nın Baş direktoru: Koronavirusa yoluxanların sayı 1 milyonu ötəcək

Dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı yaxın günlərdə artacaq.

1news.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Ölənlərin sayı son bir həftədə iki dəfədən çox artıb. Yaxın bir neçə gündə COVID-19-dan ölənlərin sayı 50 minə, koronavirusa yoluxanların sayı isə 1 milyona çatacaq”- deyə, o bildirib.

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net