Türklər Avropaya vizasız səfər edəcəklər | 1news.az | Xəbərlər
Dünya

Türklər Avropaya vizasız səfər edəcəklər

14:43 - 08 / 12 / 2015
Türklər Avropaya vizasız səfər edəcəklər

Türkiyə avrointeqrasiya prosesini sürətləndirmək niyyətindədir.

1news.az TACC-a istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyənin Baş naziri Əhməd Davudoğlu parlamentdə çıxışı zamanı bəyan edib.

“Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyü bizim üçün çox mühümdür. Biz danışıqlar prosesini sürətləndirəcəyik. Məhkəmə sistemimiz ilə məşğul olacağıq. Biz Aİ-yə üzvlük üzrə milli planımızı realizə edəcəyik və 2016-cı ilin oktyabr ayından Türkiyə vətəndaşları Avropa İttifaqına sərbəst səfər edə biləcəklər”, - o deyib.

Davudoğlu həmçinin qeyd edib ki, bu yaxınlarda keçirilən Türkiyə-Aİ sammitində ciddi qələbələr əldə edilib.

“Avropa İttifaqı başlanğıc üçün suriyalı qaçqınlara yardıma görə 3 milyard avro ayırmağı vəd edib”, - Davudoğlu deyib.

1news.az

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər