SOCAR təkzib edir: Neftçilər hava şəraitinə görə təxliyə olunublar | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR təkzib edir: Neftçilər hava şəraitinə görə təxliyə olunublar

17:58 - 11 / 05 / 2017
SOCAR təkzib edir: Neftçilər hava şəraitinə görə təxliyə olunublar

Ötən gün axşam saatlarında “Azneft” İstehsalat Birliyinin “28 May” Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə barədə informasiya yayılıb.

1news.az-ın məlumatına görə, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, işçilərin çoxu təxliyə olunub.

Ekspert əlavə edib ki, “SOCAR-AQŞ” şirkətinin qazma briqadası və “28 May” NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “Report”a açıqlamasında bildirib ki, dünən axşam “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin əməkdaşları sinoptiklərin hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) telefonaqramasına əsasən təxliyyə ediliblər. Onun sözlərinə görə, iddia edildiyi kimi, 7 saylı özüldə açıq fontan baş verməyib.

N.Quliyev bildirib ki, neftçilər SOCAR-ın müəssisə və təşkilat rəhbərlərinə 8 may tarixli telefonaqramına əsasən təxliyyə ediliblər:

“Belə ki, sinoptiklərin məlumatına əsasən, hava şəraitinin dəyişəcəyini, güclü külək əsəcəyini nəzərə alaraq dəniz obyektlərində təhlükəli işlərin görülməsi dayandırılıb, eləcə də əmək normaları çərçivəsində dəniz özüllərindən belə hava şəraitində zəruri sayılmayan əməkdaşların çıxarılması və məsul şəxslərdən ibarət növbətçiliyin təşkil edilməsi təmin olunub”.

“Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülünə gəlincə, o qeyd edib ki, orada fontan olmayıb:

“Bu, normal istehsalat prosesidir. Özüldə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib. Quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altındadır. Hazırda quyuda qazma işlərinin davam etdirilməsi üçün lazımi tədbirlər görülür.”

Babək Cahandarov

Paylaş:
834

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər