Quba-Xınalıq yolunda yeni körpünün inşası davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba-Xınalıq yolunda yeni körpünün inşası davam etdirilir - FOTO

Qafar Ağayev09:47 - 10 / 12 / 2024
Quba-Xınalıq yolunda yeni körpünün inşası davam etdirilir - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.

1news.az quruma istinadən xəbər verir ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.

İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Paylaş:
178

Son xəbərlər

Bütün xəbərlər