Bir sıra Avropa ölkələri suriyalıların sığınacaq müraciətlərini dondurur
Almaniya, Avstriya və Yunanıstandan sonra İngiltərə, İsveç, Finlandiya, Danimarka, Norveç və Niderland da suriyalıların sığınacaq müraciətlərini dayandırıb.
1news.az ntv.com.tr-yə istinadən xəbər verir ki, Avstriya isə bir addım daha irəli gedərək, suriyalı qaçqınları deportasiya etməyi planlaşdırır.
Almaniya və Finlandiya suriyalıların müraciətlərini qəbul etsə də, bu müraciətlərə baxılmayacağını açıqlayıb. İsveç və Norveç, Suriya ilə bağlı mövcud vəziyyəti qiymətləndirmənin mümkün olmadığını vurğulayıb.
Fransa da oxşar addım atmağa hazırlaşır. Danimarka, qərarını 2025-ci ilin yanvar ayında keçiriləcək iclasda müzakirə edəcəyini bildirib.
Hökumətlərin əsas səbəb kimi Suriya ilə bağlı vəziyyətin dəyişməsi və qeyri-müəyyənliyi göstərdiyi bildirilir.