Taleh Kazımov: Ötən il Azərbaycanda illik inflyasiya 4,9% təşkil edib
Ötən il Azərbaycanda illik inflyasiya 4,9% təşkil edib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
"2024-cü ildə illik inflyasiya 4,9% səviyyəsində qeydə alınıb. Ərzaq inflyasiyası 5,5%, qeyri-ərzaq inflyasiyası 2,4%, xidmət inflyasiyası isə 6,3% təşkil edib", - deyə Taleh Kazımov bildirib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsində saxlanılıb.
60