Ebola epidemiyasında ölənlərin sayı 4 178-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

Ebola epidemiyasında ölənlərin sayı 4 178-ə çatıb

Oksana Orucova10:00 - Bu gün
Ebola epidemiyasında ölənlərin sayı 4 178-ə çatıb

Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilən Ebola epidemiyasında ölənlərin sayı 4 178-ə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya 7 əyalətin 64 bölgəsini əhatə edib. Təsdiqlənmiş yoluxma hallarının sayı 8 665-ə çatıb, 2 259 nəfər sağalıb. Ölüm nisbəti 48,2 faiz təşkil edir.

Son 24 saat ərzində daha 24 xəstə sağalıb.

Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və KDR-də qeydə alınıb. 2014-2016-cı illərdə Qərbi Afrikada baş verən epidemiyada Qvineya, Liberiya və Syerra-Leonedə 30 mindən çox insan yoluxub, 11 mindən çoxu həyatını itirib.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, may ayında yayılan “Bundibugyo” Ebola variantına qarşı təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər