Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş alman deputatlar siyasi dairələrdə tənqid hədəfinə çevrilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş alman deputatlar siyasi dairələrdə tənqid hədəfinə çevrilib – FOTO

09:37 - 02 / 06 / 2020
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş alman deputatlar siyasi dairələrdə tənqid hədəfinə çevrilib – FOTO

Meklenburq-Forpommern federal torpağının aparıcı qəzeti olan “Schweriner Zeitung” Bundestaqın bu torpağı təmsil edən deputatı, Bundestaqın AfD fraksiyasının icraçı direktoru Enriko Komninqin (Enrico Komning) 2016-cı ildə partiya yoldaşları ilə söhbətindən səs yazısının əldə edilməsi barədə məlumat yayıb və deputatın aşağıdakı sitatlarını dərc edib:

“Parlament dövlətini, yaxud da bu demokratiya necə adlanırsa, biz belə şey istəmirik. Biz bunu ləğv etmək istəyirik... Onda Holqerin nəzəriyyəsi özünü doğrultmur. Nəzəriyyə o vaxt doğru olardı ki, biz partiya sistemini bu gün olduğu kimi davam etdirmək istərdik. Amma biz bunu istəmirik.”

Foto: Enriko Komninq

1news.az-ın verdiyi xəbərə görə, deputatın qeyd edilən mülahizələri siyasi dairələrdə sərt etirazlarla qarşılanıb və ona deputat mandatından imtina etməyə çağırış edilib.

Qeyd etmək istərdik ki, Enriko Komninq 2017-cı ilin fevral ayında işğal altında olan torpaqlarımızda keçirilmiş qondarma “referendumun” müşahidəçilərindən biri olub.

Səs yazısında işğal olunmuş ərazilərimizdə keçirilmiş qondarma “referendumun” digər müşahidəçisi Holqer Arppenin (Holger Arppe) də səsinin eşidildiyi iddia edilir.

Məlumat üçün bildirmək istərdik ki, H.Arppe 2017-ci ilin avqustunda zorakılıq, irqçilik və pedofilizmə meyllərini əks etdirən yazışmalarının internetə sızdırılmasından sonra 2018-ci ilin sentyabr ayında AfD sıralarından xaric edilib. Hazırda Meklenburq-Forpommern Landtaqının bitərəf deputatı olan H.Arppe 2015-ci ildə irqçiliyə və 2019-cu ildə isə təhqirə görə pul cəriməsi ilə cəzalandırılıb.

Foto: Holqer Arppe

Xatırladaq ki, bundan öncə Almaniyanın radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının idarə heyətinin 15 may 2020-ci il tarixli iclasında partiyanın Brandenburq qanadının rəhbəri, Branderburq Landtaqının AfD fraksiyasının sədri Andreas Kalbitsin (Andreas Kalbitz) partiya sıralarından xaric edilməsinə dair qərar qəbul  edilib. Buna səbəb deputatın 1993-1994-cü illərdə sağçı ekstremist “Vətənə sadiq alman gəncləri” (HDJ) adlı təşkilata və neonasist “Almaniya Milli Partiyası”na (NDP) üzv olmasını AfD-üzvlük üçün verdiyi ərizəsində gizlətməsi olub.

Sözügedən faktı Almaniya Federativ Respublikasının əks-kəşfiyyat orqanı olan Konstitusiyanın Mühafizəsi İdarəsi (KMİ) sonradan açıqlayıb. A.Kalbits qeyd edilən faktı etiraf edib, ancaq partiyanın qərarına qarşı hüquqi addımlar atacağını da qeyd edib. 

Mövzu ilə əlaqədar oxuyun:

Faşizmi qəhrəmanlaşdıran Ermənistanın Almaniyanın radikal sağçı partiyası ilə əməkdaşlığı

Ermənilərin faşist sevgisi – Azərbaycan torpaqlarına səfər edən Alman deputat partiyadan uzaqlaşdırıldı

Rus mətbuatı: “Ermənistanın Baş naziri satqın babasına bəraət qazandırmağa çalışdı, lakin daha da pis oldu”

Rus tarixçisi Oleq Kuznetsov nə üçün ermənilərin faşist ideologiyasına arxalandıqlarını izah etdi

Paşinyanın babasının SS-çi olduğu üzə çıxdı – FOTO

Nikol Paşinyanın Njdeni nəyə görə əzizləməsinin sirri açıldı – FOTO

İqor Korotçenko: Paşinyanın susqunluğu çoxlu suallar yaradır

Erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd aşkar edilib

S.Xankişiyeva

Paylaş:
760

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər