1news.az

Mnatskanyan Paşinyanın Xankəndindəki absurd açıqlaması barədə

14 Avqust saat 15:50 ~ 1 dəqiqəlik oxu 2231
Mnatskanyan Paşinyanın Xankəndindəki absurd açıqlaması barədə

Ermənistanın baş nazirinin Stepanakertdə (Azərbaycanın işğal olunmuş Xankəndi şəhəri ) verdiyi açıqlama İrəvanın Qarabağ münaqişəsinin həllinə münasibətində dəyişiklik demək deyil.

1news.az Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bunu uruqvaylı həmkarı Rodolf Nin Novoa ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanın işğal edilmiş ərzilərinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, "Qarabağ Ermənistandır".

“Baş nazir Ermənistanın mövqeyini açıq şəkildə ifadə etdi. Deyilənlərə əlavə ediləcək nəsə yoxdur ”, Mnatsakanyan deyib.

Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi öz bəyanatı ilə Paşinyanın dediklərini təsdiqlədi:

"Deyə bilərəm ki, münaqişənin sülh yolu ilə həllinə aid olan mövqelərdən və yanaşmalardan yayınmaq niyyətimiz yoxdur".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlara gəlincə, erməni nazir qeyd edib ki, Azərbaycan xarici işlər naziri ilə son görüş iki ay əvvəl baş tutub və bu cür dinamikanın saxlanılması planlaşdırılır".

P.S.

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net