Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib - DOSYE

Qafar Ağayev17:00 - 10 / 12 / 2024
Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib - DOSYE

Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib.

1news.az xəbər verir ki, bu vəzifəyə Məhəmməd əl-Bəşir təyin olunub.

O, televiziyada yayımlanan bəyanatında bildirib ki, 1 mart 2025-ci ilə qədər Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib.

Məhəmməd əl-Bəşir kimdir?

Suriyalı mühəndis və siyasətçi olan əl-Bəşir, yanvar ayında HTŞ-nin idarəsindəki Suriya Qurtuluş Hökumətinin beşinci baş naziri olaraq fəaliyyət göstərib.

Qurtuluş Hökuməti tərəfindən yayımlanan tərcümeyi-halına əsasən, o, 1986-cı ildə İdlibin Cəbel Zaviye bölgəsində anadan olub.

2007-ci ildə Hələb Universitetindən elektrik və elektronika mühəndisliyi ixtisası üzrə məzun olub və rabitə sahəsində ixtisaslaşıb.

2021-ci ildə İdlib Universitetindən şəriət və hüquq sahəsində fərqlənmə diplomu ilə məzun olub. Həmin il Suriya Beynəlxalq Təhsil, Dil və Məsləhət Akademiyasından idarəetmə planlaması və layihə idarəçiliyi sertifikatları alıb.

Paylaş:
215

Son xəbərlər

Bütün xəbərlər