1news.az

“Cənab Ali Baş Komandan, bir əsgər kimi Sizin döyüş əmrinizi gözləyirik - #hərbirimizəsgərik” – Vətəndaş məktubları

15 İyul saat 22:53 ~ 7 dəqiqəlik oxu 21910
“Cənab Ali Baş Komandan, bir əsgər kimi Sizin döyüş əmrinizi gözləyirik - #hərbirimizəsgərik” – Vətəndaş məktubları

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Aydın Rəşidlidən, Füzuli, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Son hadisələrdən sonra biz Füzuli gəncləri əldə silah Vətənimiz Azərbaycanın rahat, firavan, gözəl gələcəyi üçün döyüşmək istəyirik. Füzuli gəncliyi Sizə inanır və hər zaman Sizin yanınızdadır”.

Ülkər Lətifovadan, Xaçmaz, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Bu gün Azərbaycan gəncliyi Sizin gördüyünüz işlərlə qürur duyur. Xüsusən də, ölkəmizin təhlükəsizliyi naminə gördüyünüz işlər, ordu quruculuğuna yetirdiyiniz diqqət göz qabağındadır. Artıq düşmənlərimiz vahimə içərisindədir. Sizin "Qarabağ Azərbaycandır və nida" sözünüz onların Qarabağı tezliklə tərk edəcəklərinə və məcbur köçkünlərimizin həmin torpaqlara qayıdacaqlarına böyük bir işarədir. YAP gəncləri daim Sizin ətrafınızda sıx birləşib və Sizin əmrinizi gözləyir. Biz Sizə inanırıq, cənab Prezident”.

Vüqar Bəkirovdan, Oğuz, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Mən, YAP Oğuz rayon təşkilatının Gənclər Birliyinin üzvü Bəkirov Vüqar Əsgər oğlu Sizin fəaliyyətinizi yaxından izləyir və siyasətinizi dəstəkləyirəm. İnanıram ki, istər cəbhə xəttində, istərsə də ölkə xaricində baş verən proseslər Sizin rəhbərliyinizlə dövlətimizin xeyrinə nəticələnəcək. Tovuz istiqamətində baş verən təxribata ordumuzun tutarlı cavabı insanlarımızda olduqca böyük ruh yüksəkliyi yaradıb və hər kəs özünü komandirinin əmrinə hazır bir əsgər kimi hiss edir. Hazırda, YAP Oğuz rayon təşkilatının Gənclər Birliyi də rayon ictimaiyyətində döyüş ruhunun yüksəldilməsi yönümündə aktiv əməli fəaliyyət göstərməkdədir.

Cənab Ali Baş Komandan, bildirmək istəyirəm ki, mən də bir əsgər kimi Sizin döyüş əmrinizi gözləyirəm - #hərbirimizəsgərik”.

Elvin Kərimovdan, Siyəzən, Azərbaycan

“Möhtərəm cənab Prezident,

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının Gənclər Birliyinin sədri kimi Sizə daim inanır və atdığınız bütün addımları dəstəkləyirəm. Bildirmək istəyirəm ki, hər zaman bir Azərbaycan əsgəri kimi Sizin - Ali Baş Komandanın əmrini gözləyir və Vətənin müdafiəsi uğrunda döyüşməyə hazıram”.

Tələt Abbasovdan, Qax, Azərbaycan

“Hörmətli cənab Ali Baş Komandan.

Milli Ordumuz çətin pandemiya dövründə belə öz xalqı ilə maraqlanmayan, təcavüzkar, faşist ideologiyalı Ermənistanın son günlər Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatlarına Sizin rəhbərliyinizlə layiqli cavab verməkdədir. Biz Sizin Qarabağ münaqişəsində tutduğunuz qətiyyətli mövqe və igid vətən oğullarının şücaəti ilə daim fəxr edirik!

Hörmətli Ali Baş Komandan, Yeni Azərbaycan Partiyası gənci olaraq Sizin əmrinizi gözləyir, ölkəm uğrunda döyüşməyə hazır olduğumu bildirirəm. Yaşasın müstəqil Azərbaycan! #hərbirimizəsgərik”.

Amil Babayevdən, Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Biz daim Sizin prinsipial, qətiyyətli siyasətinizi dəstəkləyirik. Verdiyiniz hər bir əmr bizim döyüş andımızdır. İşğalçı dövlətin törətdiyi təxribatın qarşısını alan ordumuzla fəxr edirik. Bu ordu Sizin sayənizdə qüdrətlidir.

Cənab Prezident, Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, keçmiş döyüşçü kimi əlimə silah alıb düşmənə qarşı döyüşməyə hazır olduğumu bildirirəm.

Sizinlə fəxr edir, qürur duyuruq. Hər birimiz Sizin əsgərinizik”.

Kamran Dünyamalıyevdən, Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı qəti şəkildə pisləyir, düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə qısa müddətdə Qarabağımızı işğaldan azad edəcəyik. Sizin iradənizə inanır, döyüşə hazır əsgəriniz kimi əmrinizi gözlədiyimi bildirirəm”.

Samir Hüseynzadədən, Zaqatala, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Azərbaycan Ordusu gücünü, hərbçilərimiz rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi. Hadisələr həm də erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifin, bu cür iddiaların heç bir əsası olmadığını növbəti dəfə göstərdi. Biz - YAP gəncləri əmrinizi gözləyirik. Sizin iradənizə arxalanırıq - #Hərbirimizəsgərik”.

Zimistan Qurbanovdan, Hacıqabul, Azərbaycan

“Cənab Prezident.

Sizin apardığınız siyasət nəticəsində Azərbaycan Ordusu ən müasir hərbi texnika və döyüş vasitələri ilə təchiz edilib. Azərbaycan NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkədir. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Tovuzda baş verən düşmən təxribatının qarşısının uğurla alınması bunun bariz nümunəsidir. Mən YAP-ın üzvü olaraq Sizin rəhbərliyinizlə ölkəmin, Vətənimin müdafiəsinə daim hazıram. Hər zaman Sizin əmrinizi gözləyirəm”.

Orxan Məmmədzadədən, Qax, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycan sərhədləri bir daha mənfur, təcavüzkar, məkrli erməni hücumuna məruz qalmışdır. Azərbaycan torpaqlarına təcavüz cəhdlərinin qarşısının alınması uğrunda döyüşdə şəhid olan qəhrəman oğulların ata və anaları, ailələri, övladları Sizə əmanətdir. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Möhtərəm Prezident, bütün Azərbaycan oğulları kimi, mən də hər an mənfur düşmənə qarşı döyüşməyə, Vətənimiz uğrunda canımdan keçməyə hazıram. Hörmətli Ali Baş Komandan Sizin əmrinizi gözləyirəm. #hərbirimizəsgərik”.

Pərviz Dadaşovdan, Hacıqabul, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının vətənsevər gənc üzvü olaraq mən də işğalla heç vaxt barışmayacağam! Bizim torpağımız, vətən uğrunda mübarizəmiz müqəddəsdir. Biz Sizinlə birlikdə güclüyük və düşmənə layiqli cavab verməyə hazırıq. Əmrinizi hər an gözləyir və Sizə inanırıq”.

Elvin Həsilovdan, Qax, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bütün dünyada müharibələrin susduğu bir zamanda mənfur düşmənlərimiz sərhədyanı bölgədə, xüsusilə Tovuz istiqamətində yenə də təxribatlar törətmişlər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net