1news.az

“Sizin xalqa verdiyiniz vədlər həmişə həyatda reallığa çevrilib, insanların xoş güzəranına xidmət edib” – Prezidentə yazırlar

3 İyul saat 15:50 ~ 6 dəqiqəlik oxu 4080
“Sizin xalqa verdiyiniz vədlər həmişə həyatda reallığa çevrilib, insanların xoş güzəranına xidmət edib” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Gülşən Bağırovadan, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Hər şeydən əvvəl belə bir vəziyyətdə bütün vətəndaşlara dayaq və dəstək olduğunuz üçün Sizə bir həkim və ana kimi təşəkkür edirəm. Dünyanı bürüyən çətinlik əsnasında xalqımızı bu bəladan müdafiə edərək hər birimizin təhlükəsizliyini təmin edirsiniz. Eyni zamanda, Gəncə və gəncəlilərə belə bir zamanda qayğı göstərdiyiniz, şəhərimizdə yeni irəliləyişlərə səbəb olduğunuz üçün də təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik və hər zaman şəhərimizə gözəl səfərlərinizi gözləyirik. Ölkəmizin və dünyamızın bu bəladan xilas olmağını diləyir və daha xoş günlər görməyi arzu edirəm. Şəhərimiz və bizlər üçün etdiklərinizə görə minnətdaram Sizə. Allah Sizi qorusun”.

Vüsalə Əliyevadan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır.

Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq”.

Şəfayət Avılbəylidən, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Əsrimizin ən çətin zamanındayıq. Diqqətimiz daim Sizin verdiyi qərar və tövsiyyələrdədir. Vətənimizin gələcəyi, balalarımız və ailəmiz naminə İnşallah, bu günləri bir yerdə atladacağıq.

Cənab Prezident, çox ciddi dövləti məsələlərlə məşğul olmağınıza baxmayaraq, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyiniz Sərəncam, sözün əsl mənasında biz media işçilərinə verdiyiniz böyük dəyər və diqqətdir. Dövlətimizin müharibə şəraitində olması, digər tərəfdən isə koronovirus pandemiyası ilə mübarizənin ən ağır mərhələsində media təmsilçilərini unutmamağınız böyük ürək və qətiyyət sahibi olmağınızdan irəli gəlir. Allah Sizin yardımçınız olsun. Bizə verdiyiniz dəyərin ölçüsü yoxdur. Minnətdarıq, cənab Prezident”.

Mədət Əliyevdən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Karantin rejimi ilə əlaqədar imzaladığınız Sərəncama əsasən mənə düşən 190 manat məbləğində birdəfəlik ödəməni aldım. İşsiz kimi qeydiyyata alınmış vətəndaşlar üçün nəzərdə tutulan bu yardım onların ailələri üçün böyük köməkdir. Siz hər zaman çətin anlarda vətəndaşların yanında olmusunuz, onları öz qayğınızla əhatə etmisiniz. Buna görə də Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Sizin xalqa verdiyiniz vədlər həmişə həyatda reallığa çevrilib, insanların xoş güzəranına xidmət edib.

Mənə edilən köməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən mən bunu heç vaxt unutmayacam. Sizin və dövlətimizn yolunda heç bir qüvvəmi, köməyimi əsirgəmərəm. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız siyasəti dəstəkləyirəm və hər bir çağırışınıza hazıram. Allahın xeyir-duası hər bir işinizdə Sizinlə olsun”.

Məmmədov Yəhya,  Əlislam Aslan və Ağayeva Nərgiz, Sumqayıt, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində, eləcə də Corat qəsəbəsində tikinti-quruculuq, abadlıq işləri aparılır. Qəsəbədəki X.Məhərrəmoğlu, Sahil, Sülh, Vidadi küçələrinə yüksək keyfiyyətli asfalt çəkilib. Hazırda digər küçələrin asfaltlanması davam etdirilir. Bu işlər bizi fərəhləndirir, rahatlığımızı təmin edir. Qəsəbəmiz gözümüzün qarşısında toz-torpaqlı kənd görkəmindən uzaqlaşaraq sanki, şəhərə çevrilir.

Möhtərəm Prezident, Sizə bütün qəsəbə sakinləri adından minnətdarlığımızı bildiririk. Yolunuz hər zaman hamar, qədəmləriniz mübarək olsun”.

Hacı Məhərrəm Kazımlıdan, Biləsuvar, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncamınıza əsasən polkovnik Nizami Ağoğlan oğlu Məmmədova “general-mayor” hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində Ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır.

Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq.

Biz Prezidentimizlə, Ordumuzla fəxr edirik.

Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Yaşasın müstəqil Azərbaycan Ordusu”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

 

 

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net