“Ulu öndər Heydər Əliyevin layiqli varisi kimi Sizin beynəlxalq aləmdə söz sahibi olmağınızdan qürur duyuruq” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Ulu öndər Heydər Əliyevin layiqli varisi kimi Sizin beynəlxalq aləmdə söz sahibi olmağınızdan qürur duyuruq” – Vətəndaş məktubları

16:29 - 01 / 07 / 2020
“Ulu öndər Heydər Əliyevin layiqli varisi kimi Sizin beynəlxalq aləmdə söz sahibi olmağınızdan qürur duyuruq” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Məhərrəm İsmayılovdan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin professor-müəllim heyəti ölkəmizdə apardığınız çoxşaxəli fəaliyyəti daim diqqətlə izləyir və dəstəkləyir. 2020-ci il iyunun 24-də Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirakınız bütün sahələr kimi, aqrar sahəyə və aqrar təhsilə sonsuz diqqət və qayğınızın bariz nümunəsidir.

Cənab Prezident, kollektivimiz adından Sizə dərin minnətdarlığımızı və sonsuz təşəkkürlərimizi bildiririk”.

Zəminə Kərimovadan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin cəbhə bölgəsində yerləşən rayonlara, o cümlədən Ağcabədi rayonuna növbəti səfərinizi, bir sıra obyektlərin açılışında iştirak etməyinizi bütün ağcabədililər sevinclə qarşıladılar. Bu səfər bizlərdə böyük məmnunluq hissi yaşatdı. Səfərdən sonra, iyun ayının 4-də Ağcabədi rayonunda sosial layihələrin həyata keçirilməsinə dair imzaladığınız Sərəncamda Sarıcalı kəndində yeni məktəb tikilməsinin nəzərdə tutulması bir kənd sakini, bir müəllim kimi mənim də hədsiz sevincimə səbəb oldu.

Dünyanı lərzəyə salan koronavirus pandemiyası hətta inkişaf etmiş dövlətlərin də sosial layihələrdən imtina etməsinə gətirib çıxarmışdır. Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, səhiyyə sisteminin çevik şəkildə əlaqələndirilməsi, əhalinin aztəminatlı təbəqəsinə, sahibkarlara göstərdiyiniz kömək sayəsində ölkəmiz daha az itkilərə məruz qaldı. Koronavirusla mübarizəyə böyük maliyyə vəsaiti sərf edilsə də, Siz ölkədə ardıcıl olaraq sosial layihələrin həyata keçirilməsini davam etdirirsiniz. Bütün bunlara görə ölkənin bütün əhalisi kimi, Ağcabədi rayonunun əhalisi də Sizi sevir, ulu öndər Heydər Əliyevin layiqli varisi kimi daxili və xarici siyasətinizi dəstəkləyir, beynəlxalq aləmdə söz sahibi olmağınızdan qürur duyuruq. Ulu Tanrı Sizi qorusun!”.

Araz Qəhrəmanov və Məhəmməd Şirinovdan, Mingəçevir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1981-ci ildə birinci enerji bloku istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyası respublika energetikasının inkişafında mühüm bir mərhələnin təməlini qoymuşdur. Uzun illərdir bu İES ölkəmizin əsas elektrik enerjisi mənbəyidir. Bu strateji obyektin Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq yenidən qurulması ölkə əhalisini, xüsusilə də Mingəçevir şəhərinin sakinlərini sevindirir. Hazırda “Azərbaycan” İES-də görülən işlər yüksək səviyyədə həyata keçirilir.

Mingəçevir şəhərinin sakinləri stansiyanın müasir üslubda yenidən qurulmasına, gözəl şəhərimizin ümumi mənzərəsinə yeni çalarlar qatdığına görə Sizə dərindən təşəkkür edirlər. Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyinin daha da gözəl olacağına ümidlərimiz böyükdür. Sizə cansağlığı, işlərinizdə yeni müvəffəqiyyətlər arzulayırıq”.

Rəhmanov Elxan, İsmayılov Vasif, Lətifov Mübariz, Əhmədov Azad və Rzayev Elşad

Neftçala, Azərbaycan

“Hörmətli Prezident cənab İlham Əliyev.

Biz, Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları bu təşəkkür məktubunu Sizə ünvanlayaraq bildiririk ki, Neftçala şəhərində yaşadığımız binanın həyətində təmizlik, abadlıq işləri görülmüş, burada yerləşən və sakinlərin içməli suya olan tələbatını ödəmək üçün nəzərdə tutulmuş böyük su anbarı tamamilə təmizlənmişdir.

Müvəqqəti yaranmış problemlə əlaqədar sakinlərin içməli suya olan tələbatını ödəmək üçün mütəmadi olaraq maşınlar ilə içməli suyun daşınması təşkil edilmişdir. Biz bilirik ki, vətəndaşlara göstərilən bu qayğı Sizin məqsədyönlü siyasətinizdən qaynaqlanır. Ölkəmizin hər bir sakininə, o cümlədən bizə daim qayğı ilə yanaşıldığını, rayonumuzda abadlıq-quruculuq işlərinin davamlı şəkildə aparıldığını görürük. Odur ki, cənab Prezident, Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Səbuhi Allahverdiyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Dünyanı lərzəyə salan koronavirus pandemiyası ölkəmizdə yayıldığı vaxtda mənim anam, xalam və nənəm bu xəstəliyə yoluxmuşdu. Çox narahat idim. Lakin bu narahatlığım hazırda səngimişdir. Çünki, ailə üzvlərim yeni açılmış və Sizin təşəbbüsünüzlə koronavirus xəstələrinin ixtiyarına verilmiş “Yeni klinika”da müalicə olundular və şəfa tapdılar. Bu, Sizin ölkə vətəndaşlarına olan qayğınızın bariz nümunəsidir.

Buna görə, ilk növbədə, Sizə, həmçinin ailə üzvlərimə layiqli xidmət göstərən həkimlərimizə təşəkkür etməyi özümə borc bilirəm. Ailəmizin adından Sizə sağlam və uzun ömür diləyirəm”.

Aydın Rəsulovdan, Ucar, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçməmişdir. İnsan faktorunu daim diqqət mərkəzində saxlayan dövlətimiz bu dəfə də yürütdüyü siyasətə sadiq qalaraq Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi üçün mühüm addımlar atmaqda davam edir. Ümidvarıq ki, bu addımlar sayəsində ölkəmiz koronavirus pandemiyasından ən az zərərlə çıxmağı bacaracaqdır.

Hörmətli cənab Prezident, görülən operativ işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bütün sahələrdə olduğu kimi, dini sahədə də Sizin daimi diqqət və qayğınızı hiss edən Azərbaycan dindarları və din xadimləri xüsusi karantin rejiminin qaydalarına riayət etməkdədirlər. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident, təəssüflər olsun ki, dövlətimizin inkişafına qısqanclıqla yanaşan, onun beynəlxalq nüfuzunun artmasından narahatlıq keçirən bəzi qüvvələr görülən bu işlərə kölgə salmağa çalışırlar. Lakin, bu antimilli ünsürlər Azərbaycanımıza ləkə atmaq istəklərinə nail ola bilməyəcəklər. Onların təxribatları hər dəfə iflasa uğrayacaqdır”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
1060

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər