Hazırkı reallıqlar bizi internet alış-verişinə daha da çox alışdırır. Yemək qapımıza çatdırılır, geyimin ölçüsünü yoxlamaq üçün onu evə gətirirlər, dərslər onlayn keçirilir, ödənişlər smartfonla edilir. İnternet fırıldaqçıları da yuxuya getməyib – onlar Sizin fərdi məlumatınızı əldə etmək üçün bir birindən hiyləgər yeni üsullar icad edirlər. Onlayn alış-veriş yalnız müsbət emosiyalar bəxş etsin deyə, Sizi Visa ilə birlikdə maliyyə təhlükəsizliyi praktikumu keçməyə dəvət edirik. Atalar demiş, ehtiyat igidin yaraşığıdır!

Fırıldaqların üstünün açılmasında Sizə Məmməd adlı çatbot kömək edəcək. Tanış olun!